Uşaqlara ad seçimində məhdudiyyət qoyulacaq
18 yanvar 2011 12:54 (UTC +04:00)

Uşaqlara ad seçimində məhdudiyyət qoyulacaq

İnstitutunun direktoru Rasim Əliquliyev APA-ya bildirib ki, dünya ölkələrinin təcrübəsinə əsasən hazırlanmış bu konsepsiya həmin sistem yaradılarkən nəzərə alınacaq: “Ölkələrin təcrübəsindən məlum oldu ki, beynəlxalq səviyyədə bunlar “işıqfor” dediyimiz prinsip əsasında formalaşır. Elə adlar var ki, qəbul edilir və onların qoyulması üçün heç bir maneə yoxdur. Bu adlar “yaşıl işığ”a aiddir. “Sarı işıq” aid olan adlar xoşagəlməz olduğu üçün tövsiyə olunmur. Bu adlar müəyyən qədər keçmiş sovet ideologiyası, nadanlıqla bağlıdır”.


R. Əliquliyevin sözlərinə görə, əsas məhdudiyyətlər “qırmızı işığ”a aid olan adlarla bağlıdır: “Adlara qoyulan birinci “qırmızı işıq” odur ki, adlar Azərbaycan latın əlifbasına aid olan hərflərdən istifadə edilməklə yazıla bilər. İkincisi, bu, adın sintaktik tərəfləri ilə bağlıdır. Seçiləcək adın formatına, uzunluğuna tələblər var. Bəzən görürsən ki, 3, 4, 5 mərtəbəli adlar qoyulur. Qoşa adlar, məsələn, Məmmədəlihüseyn ola bilməz. Ya Məmmədəli, ya Hüseyn olmalıdır. Biometrik pasportların tələblərindən biri adların uzunluğu ilə bağlıdır. Çünki bir ölkədən digərinə getdikdə qurğular adı oxumağı bacarmalıdır. Saitlərin, samitlərin dalbadal gəlməsi, tələffüzün çətinləşməsinin özü də adlara bir qırmızı işıq salır. Üçüncü məhdudiyyət isə semantik xarakterli, yəni məzmunla bağlıdır. Bu da odur ki, ictimai yerlərdə səsləndirilməsi mümkün olmayan, milli-mənəvi dəyərlərə ziyan gətirən sözlərdən ad qoyula olmaz”.


R. Əliquliyev deyib ki, bu konsepsiya hələ layihə şəklində təsdiqlənməyib. Onun icrası artıq Ədliyyə Nazirliyinə tapşırılıb. Yenilik yalnız Azərbaycan millətinə mənsub şəxslərə şamil ediləcək. Azərbaycanda yaşayan qeyri-millətlərə isə bu, aid olmayacaq: “Bu sistem dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ad seçə bilməməsi, məcburən yerli xalqların adlarına uyğunlaşması kimi problemləri də həll edəcək. Onlar bizim yaradacağımız sistemə müraciət edərək uşaqlarına ad qoya biləcəklər”.


R. Əliquliyev onu da bildirib ki, bu sistemi insan hüquqlarının pozulmasına deyil, əksinə, onların hüquqlarının müdafiəsinə yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925

Oxşar yazılar