Azərbaycanın dağ çaylarında daşqın təhlükəsi yaranıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirib ki, hazırda Böyük Qafqaz və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq müşahidə olunmaqdadır.
Balakən-Şəki bölgəsinin çaylarında sululuq ongünlük normanın 120-260 %-ni, Quba-Xaçmaz bölgəsinin çaylarında ongünlük normanın 135-170%-ni, Kiçik Qafqaz çaylarında isə ongünlük normanın 150 %-ni təşkil edir. Normaya yaxın və normadan bir qədər çox sululuq isə Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 80-125%-ni təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində isə su sərfi 133 m3/san (ongünlük normanın 83 %-i), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 70 m3/san (ongünlük normanın 104 %-i ) təşkil edir. Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində ötən günlərə nisbətən azalma müşahidə olunur. Kür çayının Surra məntəqəsində suyun hazırkı səviyyəsi 467 sm (21 may 2010-cu ildə maksimal səviyyə 955 sm), Şirvanda 373 sm (18 may 2010-cu ildə maksimal səviyyə 853 sm), Bankədə 293 sm (18 may 2010-cu ildə maksimal səviyyə 503 sm), Salyanda 210 sm (18 may 2010-cu ildə də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 250 sm (21 may 2010-cu ildə maksimal səviyyə 734 sm) təşkil edir.

652