Təhsil Nazirliyinin 2 şöbəsi hesabat verdi
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, hesabat-yığıncağında əvvəlcə Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva çıxış edərək 2010-cu ildə beynəlxalq qiymətləndirmə, bu qiymətləndirmənin nəticələrindən istifadə olunması, milli qiymətləndirmə və onun nəticələri, məktəbdaxili qiymətləndirmə, müvafiq sahədə sənədlərin, yoxlama və buraxılış imtahanlarının test banklarının hazırlanmasından danışıb. Şöbə müdiri IX-XI siniflər üzrə yekun qiymətləndirmənin və IX siniflərdə payız imtahanının nəticələrindən də bəhs edib.
Təranə Hacıyeva 2010-2011-ci dərs ilində yoxlama və buraxılış imtahanlarının 7 bölgə üzrə keçirilməsi, fənlər üzrə imtahan suallarının sayında dəyişikliklərin aparılması, şagirdlər üçün imtahana buraxılış vərəqələrinin hazırlanması istiqamətində görülən işlərdən danışıb. Monitorinq və qiymətləndirmə şöbəsi əməkdaşlarının beynəlxalq layihə və seminarlarda iştirakından, şöbəyə daxil olan ərizə, şikayət və məktubların icra olunmasından bəhs edən şöbə müdiri 2011-ci ildə qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin 2010-cu ildə görülmüş işlərə dair hesabatı dinlənilib. Şöbədə görülən işlərin hüquqi bazası, şöbənin strukturu, fəaliyyət istiqamətləri, əməkdaşların vəzifə bölgüsü, kollegiya müzakirəsinə çıxarılmış məsələlər barədə danışan Şahrza Əliyev deyib ki, ötən il nazirliyin tabeliyində olan təhsil müəssisələrinin maliyyələşdirilməsi istiqamətində müvafiq iş həyata keçirilib. Şöbə müdiri çıxışında 2010-cu il ərzində təhsilin ayrı-ayrı pillələri və sahələri üzrə birbaşa Təhsil Nazirliyinə ayrılmış faktiki vəsaitlər, dövlət proqramları və xüsusi əhəmiyyətli tədbirlər üçün ayrılan xərclər, növbəti illər üçün vəsaitlərin proqnozlaşdırılması, statistik hesabatların qəbulu, əmlak və əsaslı tikinti məsələləri, maliyyə, mühasibat və hesabat işlərinin avtomatlaşdırılması istiqamətlərində görülmüş işlərdən söz açıb.
Şöbə müdiri əməkhaqqı və digər sosial məsələlər, ali təhsildə maliyyələşmə mexanizmi, təftiş və auditlərlə də bağlı məlumat verib. O, şöbəyə daxil olan sənədlər, habelə 2011-ci ildə icrası nəzərdə tutulan əsas tədbirləri də qeyd edib.
Yığıncağın sonunda təhsil naziri Misir Mərdanov cari il üçün nəzərdə tutulan məsələlərlə bağlı öz tövsiyələrini bildirib.
Elxan SALAHOV

804