Məcburi köçkünlərin bir qisminin “çörəkpulu” kəsilir
Ermənilərin işğal altında saxladığı rayonlardan olan məcburi köçkünlərin bir qisminin aylıq ərzaq xərcləri kəsiləcək.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Lent.az-a bildiriblər ki, Nazirlər Kabineti məcburi köçkünlərə “çörəkpulu” adlanan aylıq müavinətlərin verilməsi ilə bağlı qərara bəzi dəyişikliklər edib. Dəyişikliklərə əsasən, hərbi qulluqçulara, valideynlərindən biri məcburi köçkün olan uşaqlara, dövlət qulluğunda çalışan şəxslərə müavinətlərin ödənilməsi dayandırılacaq.
Komitədə deyirlər ki, dövlət qulluğunda çalışanlarla yanaşı, məcburi köçkün rayonlardan olan deputatların da aylıq ərzaq xərcləri kəsiləcək. Dəyişikliklərin məqsədi isə “çörəkpulu”nun daha çox ehtiyacı olan şəxslərə verilməsini təmin etməkdir.
Xatırladaq ki, hazırda məcburi köçkün statusuna malik vətəndaşlara ayda adambaşına 15 manat müavinət verilir. Prezident İlham Əliyevin ötən il sentyabrın 1-də imzaladığı sərəncamadək məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği 13 manat 50 qəpik olub.
Elxan SALAHOV

1402