Fatmayı kəndində yeni Kitabxana-İnformasiya Mərkəzi açıldı
07 yanvar 2011 14:34 (UTC +04:00)

Fatmayı kəndində yeni Kitabxana-İnformasiya Mərkəzi açıldı

Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fatmayı kənd kitabxana filialı üçün yeni ərazidə müasir bina inşa edilib. Bina inventar, avadanlıq, istilik sistemi ilə təmin olunub. Fatmayı kənd kitabxana filialında kompüter avadanlıqları və İnternetlə təmin olunmuş xüsusi Kitabxana-İnformasiya Mərkəzi oxucuların istifadəsinə verilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov açaraq bildirib ki, respublikada mədəniyyət sahəsində aparılan işlərin davamı kimi Kitabxana-İnformasiya Mərkəzinin yaradılması əhalinin informasiyaya olan tələbatını ödəməklə yanaşı, gələcək nəsillərin intellekt kimi formalaşmasında mühüm rol oynayacaq.

Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Mirzə Aslanov Fatmayı kəndində müasir Kitabxana-İnformasiya Mərkəzinin yaradılmasına görə Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlıqlarını bildirib. O, çıxışında Fatmayı kəndinin Azərbaycana tanınmış ziyalılar yetirdiyini deyib və gələcəkdə Kitabxana-İnformasiya Mərkəzinin gənclərin kitaba, elmə yiyələnməsində yeni imkanlar açacağını qeyd edib.
Sonra Kitabxana-İnformasiya Mərkəzinin rəsmi açılışı olub.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174

Oxşar yazılar