Fermerlərin “Aqrolizinq”-ə məxsus texnikaları almaları asanlaşdırıldı
Nazirlər Kabineti “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” qərara dəyişiklik edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsini və lizinq yolu ilə satılmasını sürətləndirmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alıb.
Dəyişikliyə görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"nın 3-cü bəndinin ikinci abzasında “dəyəri” sözü “dəyərinin 10 faizini əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra 9 il ərzində ödəyir” sözləri ilə əvəz edilir.
Başqa sözlə, fermerlər “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasını və texnoloji avadanlıqları alan zaman bundan sonra onların dəyərinin 10 faizini əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra 9 il ərzində ödəyəcəklər.

2739