Lent.az-ın məlumatına görə, nazirliyin hazırladığı qrafikə uyğun olaraq, ilk test imtahanları yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçiriləcək. İmtahanlar hər ay müxtəlif ixtisaslar üzrə olmaqla ilin sonunadək davam edəcək. 28 dekabr 2011-ci il tarixdə isə gigiyena və plastik cərrahiyyə ixtisasları üzrə keçiriləcək imtahanla həkimlərin sertifikasiyasına yekun vurulacaq.
Yanvar ayı üçün test imtahanlarının keçirilmə qrafiki:
№ | İxtisasın adı | Tarix | Başlanma saatı | Zalın kodu |
1 | Mama-ginekologiya | 05.01.2011 | 10.00 | Zal A1 |
2 | Terapiya | 05. 01.2011 | 10.00 | Zal A3 |
3 | Anestiziologiya-reanimatologiya | 12. 01.2011 | 10.00 | Zal A2 |
4 | Pediatriya | 12. 01.2011 | 10.00 | Zal A3 |
5 | Oftalmologiya | 19.01.2011 | 10.00 | Zal A2 |
6 | Ümumi cərrahiyyə | 19.01.2011 | 10.00 | Zal A1 |
7 | Dematoveneralogiya | 26. 01.2011 | 10.00 | Zal A2 |
8 | Kardiologiya | 26. 01.2011 | 10.00 | Zal A1 |
Xatırladaq ki, Səhiyyə Nazirliyi həkimlərə kömək məqsədilə test imtahanların əvvəl tibb işçilərin üçün sınaq imtahanları da təşkil edir. Sertifikasiyaya dair sınaq imtahanları yanvarın 13-ü və 14-də Revmotologiya, Mikrobiologiya, Neyrocərrahiyyə və Stomatologiya ixtisasları üzrə keçiriləcək. Sınaq imtahanlarında öz ixtisasına uyğun olaraq, könüllü iştirak etmək istəyən tibb işçiləri yanvarın 10-dək qeydiyyatdan keçməlidir.
Elxan SALAHOV