Xaçmazda ağır qəza, 7 nəfər xəsarət aldı
22 noyabr 2026 23:32 (UTC +04:00)

Xaçmazda ağır qəza, 7 nəfər xəsarət aldı

0

 

Xaçmaz rayonunda iki avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Xaçmaz-Quba avtomobil yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099” markalı avtomobildə olan sürücü və 6 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, xəsarət alanlar Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd qız övladıdır.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar