Bayram süfrəsi neçəyə başa gəlir? – CƏDVƏL
30 dekabr 2010 18:38 (UTC +04:00)

Bayram süfrəsi neçəyə başa gəlir? – CƏDVƏL


Hesablamada Bakı şəhərində qeydə istehlak qiymətləri əsasında orta səviyyəli bayram süfrəsinin dəyərini müəyyənləşdirilib.

Məhsulun adı

Qiyməti, manatla

Kərə yağı (1 kq)

6,2-7,5

Qoyun əti(1 kq)

8

Mal əti (1 kq)

7

Düyü (1 kq)

2

Balıq (1 kq)

6-25

Toyuq əti (1 kq)

3,8

Un (1 kq)

0,7-1,1

Şəkər tozu (1 kq)

1-1,1

Kartof (1 kq)

0,7-0,8

Soğan (1 kq)

0,7-0,8

Yumurta (1 dənəsi)

0,16

Yerkökü (1 kq)

0,8-1

Qatılaşdırılmış süd

1-1,1

Yaşıl noxud (0,5 kq)

2

Bibər (1 dənəsi)

1

Göyərti (1 dəstəsi)

0,1-0,2

Duza qoyulmuş göbələk(0,7kq)

3,8

Xiyar(təzə, 1 kq)

2-5

Pomidor

2,5-3

Xiyar (Duza qoyulmuş, 0,7 kq)

1,4

Smetan (0,5 kq)

1,6

Mayonez (o,5 kq)

1,6

Qatıq (1 litr)

1,55

Şabalıd (1 kq)

8

Gavalı qurusu (1 kq)

10-14

Alça qurusu (1 kq)

10-12

Ərik qurusu (1 kq)

8-10

Konfetlər (1 kq)

6-10

Alma (1 kq)

1-3

Armud (1 kq)

2-3

Nar (1 kq)

2-3

Mandarin (1 kq)

1,5-2

Apelsin (1 kq)

2-3

Banan (1 kq)

2,5-3

Meyvə şirələri (1 litrlik)

1,2-2

Şampan

3,2-7,2

Şərab

5,5-7,5

Çörək (1 dənə)

0,4-0,5

Şam ağacı(yolka)

5-40

Oyuncaqlar

2-10

Şaxta baba(oyuncaq)

3-15



İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a bildiriblər ki, hesablamalara əsasən, orta Azərbaycan ailəsi Yeni il bayramında orta səviyyəli süfrə açmaq üçün minimum 86,64 manat xərcləməlidir. Bura bayram tərtibatına (şam ağacı, şaxta baba, qarqız, oyuncaqlar və sair) çəkilən orta hesabla 25 manatı da əlavə etsək, bir ailənin bayram xərcinin 110 manatdan yuxarı olduğunu görərik. Bu, azyaşlı uşaqların olmadığı ailə üçündür. Azyaşlı övladları olan ailələrin xərci daha yüksək olur – uşaqlara Yeni il hədiyyəsi almaq da kifayət qədər vəsait tələb edir.

İTM-in “Alternativ inflyasiya səviyyəsi” layihəsi çərçivəsində hazırladığı “Ailənin inflyasiya kalkulyatoru”nun hesablamalarına (www.inf.erc-az.org ) görə, 100 adda əsas ərzaq, qeyri-ərzaq və xidmət səbəti üzrə bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə inflyasiya səviyyəsi 13,81 faiz, 65 adda əsas ərzaq məhsulları üzrə isə 15,32 faiz olub. Qiymətlərin statistik müşahidəsinin nəticələri əsasında digər hesablamalarına əsasən, Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 156,18 manat, pensiyaçılar üçün 137,14 manat, 0-14 yaşlı uşaqlar üçünsə 191,69 manat təşkil edir. Belə ki, ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 98,80 manat, pensiyaçılar 85,63 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,71 manat xərcləməli olub.

Xatırladaq ki, rəsmi olaraq ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib. Bu isə o deməkdir ki, Azərbaycanda 1 günlük bayram süfrəsinin dəyəri bir aylıq minimum istehlak səbətinin rəsmi dəyərindən yuxarıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1430

Oxşar yazılar