23 qəzetə 596 min manat yardım ayırılıb
30 dekabr 2010 17:18 (UTC +04:00)

23 qəzetə 596 min manat yardım ayırılıb

Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda KİV-in 2011-ci il üçün maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihələr müzakirə olunub. Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə ümumilikdə 23 layihə təqdim edilib.

İclasda təqdim olunan layihələrin maliyyələşdirilməsi barədə qərar qəbul olunub.

Ümumilikdə Fond tərəfindən 2011-ci ilin 6 ayı üçün «Kaspi», "Mövqe", "Səs", «Yeni Müsavat», və "Yeni Azərbaycan" qəzetlərinə 40 min manat, "Ayna-Zerkalo", "Azadlıq" qəzeti, "Bakı-Xəbər", "Ədalət", «Həftə içi», "Xalq Cəbhəsi", "Olaylar", "Paritet", "Palitra" və "525-ci" qəzetə 30 min manat, "Şərq" qəzetinə 25 min manat, "Futbol+qol" və "Paralel" qəzetlərinə 20 min manat, "Oxu Məni" qəzetinə 10 min manat,
"AzerNEWS" qəzetinə 6 min manat, "Olimpiya dünyası", "Reytinq" və "İqtisadiyyat" qəzetinin hərəsinə isə 5 min manat maliyyə yardımı ayrılıb.

Qeyd edək ki, ümumilikdə 23 qəzetə Fond tərəfindən 596 min manat yardım ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar