Qubanın iki kəndinə 16 ildən sonra qaz verildi
29 dekabr 2010 16:34 (UTC +04:00)

Qubanın iki kəndinə 16 ildən sonra qaz verildi

Vladimirovka kəndində 243, Əlibəyqışlaq kəndində isə 81 abonentə təbii qaz verilib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, digər abonentlərə isə qazın verilişi növbəti ilin əvvəllərində tam başa çatdırılacaq.



Qeyd edə ki, SSRİ dövründə Qubanın 39 kəndi təbii qazdan istifadə edib. Hazırda həmin kəndlərdən 25-ə qazın yenidən verilişi bərpa olunub. Qalan 14 kəndin isə 2011-ci ilin sonunadək təbii qazla təmin ediləcəyi planlaşdırılır. Dövlət Proqramına uyğun olaraq rayonun bütün yaşayış məntəqələrinin 2013-cü ilin sonunadək tam qazlaşdırılması nəzərdə tutulub.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar