Nəqliyyat Nazirliyi də hərəkətə keçdi
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Nəqliyyat Nazirliyinin birbaşa əhaliyə xidmət göstərən strukturları gücləndirilmiş iş rejiminə keçib. Məqsəd bayram günlərində avtovağzallarda, xüsusən də Bakı Beynəlxalq Avtovağzalında sərnişin daşınmasında ortaya çıxa biləcək problemləri operativ şəkildə aradan qaldırmaqdır.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, bayram günlərində paytaxt sakinlərinin rayonlara və ölkə hüdudlarından kənardakı istirahət yerlərinə daşınması üçün Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyi müvafiq tədbirlər görüb. Belə ki, bölgələrdən Bakıya və əks istiqamətə hərəkət edən marşrut avtobuslarının sayının artırılması istiqamətində ciddi tədbirlər görülüb. Artıq bununla bağlı tərtib olunmuş qrafik də avtovağzal rəhbərliyi ilə sahibkarlar arasında razılaşdırılıb. Məqsəd paytaxtda və bölgələrdə doğmalarını təbrik etmək istəyən vətəndaşlarımız üçün lazımi şərait yaratmaq, avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.
Nazirlikdə bildirirlər ki, bayram ərəfəsində sərnişindaşıma xidməti göstərən şirkətlərin ənənəvi qiymət artımının qarşısını almaq üçün də müvafiq tədbirlər görülüb. Belə ki, qiymət intizamı qaydalarına nəzarət məqsədilə komissiya yaradılıb. Komissiyanın nümayəndələri bayram günlərində sərnişinlərin şikayətlərini araşdırmaqla yanaşı özləri də avtovağzalda bilet satışına nəzarət edəcəklər.
Elxan SALAHOV

592