Kənd təsərrüfatı və uşaqlar üçün yeni il hədiyyələri yarmarkası
Bu gündən etibarən Qusar rayonunda kənd təsərrüfatı və uşaqlar üçün yeni il hədiyyələri yarmarkası keçirilir. Yarmarka Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunub.
Qusar rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan yarmarkada qiymətlər alıcıların ürəyincə olub. Alıcılar ən çox meyvə-tərəvəzin qiymətindən razı qalıb. Qusar rayon İcra Hakimiyyətinin başçısının Aqrar Məsələlər üzrə müavini Şahid Fərəməzov Lent.az-a bildirib ki, yarmarka yanvar ayının 1-dək davam edəcək. Rayon sakinlərinin müraciəti əsasında bu kimi yarmarkaların bayramlar öncəsi təşkil olunması planlaşdırılır.
Vəli Turan

1125