Dəmiryol sərnişinlərinə müjdə
Bayram günlərində Bakı-Tiflis-Bakı marşrutu üzrə turist qatarı xəttə buraxılacaq
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin bayram günlərində sərnişin sıxlığını minimuma endirmək məqsədilə daha bir tədbirə əl atıb. “Azərbaycan Dəmir Yolları”nın mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, bayram günlərində sərnişin sıxlığını azaltmaq üçün Bakı-Tiflis-Bakı istiqamətində turist qatarı xəttə buraxılacaq. Belə ki, 752/751 saylı qatar 29 dekabr 2010-cu ildə saat 19.20-də Bakıdan Tiflisə yola düşəcək. 3 yanvar 2011-ci il tarixdə saat 22.20-də isə həmin qatar Tiflisdən Bakıya istiqamət götürəcək.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni 2011-ci illə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Departamentin rəisi Elyar Muradov bildirib ki, QSC sədrinin müvafiq əmri ilə sərnişin sıxlığını azaltmaq üçün 94-/93 saylı Bakı - Böyük Kəsik - Bakı sürət qatarı xəttə buraxılacaq. Qatar yalnız 29-30 dekabr 2010-cu ildə və 2-3 yanvar 2011-ci ildə saat 20.35-də Bakıdan, 30-31 dekabr 2010-cu ildə və 3-4 yanvar 2011-ci ildə saat 18.00-da Böyük Kəsikdən yola düşəcək. Bundan əlavə, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edir. Onun sözlərinə görə, adi günlərdə sutka ərzində 2000-2500 sərnişin daşınırdısa, bayram günlərində 4000-5000 sərnişinin daşınmasına nail olunur.
Elyar Muradov deyib ki, 29 dekabrda 38/-37 saylı Bakı-Tiflis sərnişin qatarına 8, 30 dekabrda isə 5 əlavə vaqon qoşulacaq: “Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə biletlər isə həmin vaqonlar qatara qoşulan gün satılır”.
Elxan SALAHOV

561