Aşura günündə 884 litr qan tədarük olunub
2 min 210 nəfər könüllü qan verib
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günündə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aksiyalar Bakı şəhərində “Mir-Mövsüm ağa”, “Təzə pir”, “Bibi-Heybət”, “Cümə”, “Qaraçuxur”, “Soltan-Əli” məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, o cümlədən Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran və Quba Mərkəzi Rayon Xəstəxanalarında keçirilib.
Aşura günü ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarında 2 min 210 nəfər könüllü olaraq qan verib və nəticədə 884 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

539