Mövsümi xəstəliklər ev quşları arasında ölüm hallarını artırıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, son vaxtlar istər ev, istərsə də çöl quşları arasında payız fəslinə xas olan xəstəliklər müşahidə olunur. Fərdi təsərrüfatlarda saxlanılan ev quşları arasında qurd xəstəlikləri daha çox qeyd alınır.
Yolçu Xanvəli deyir ki, baytarlıq xidməti orqanları mövsümi xəstəliklərin yayılma ehtimalını nəzərə alaraq yerlərdə profilaktik tədbirlər aparır. Belə ki, fərdi təsərrüfatlardakı ev quşları müayinə edilir, təsərrüfat sahiblərinə müvafiq tövsiyələr verir Onun sözlərinə görə, Samux, Şabran, Lənkəran, Ağcabədi, Salyanda və digər bölgələrdə çöl və ev quşlarından götürülmüş qan nümunələrində zəhərlənmə halları və qurd xəstəlikləri tez-tez aşkarlanır. Bu isə müxtəlif səbəblərdən, o cümlədən ev quşlarının saxlanma şəraitindən və onlara verilən yemdən ola bilər.
DBX rəsmisi fərdi təsərrüfatlarda saxlanılan ev quşları arasında kütləvi tələfatın olması barədə məlumatlara da münasibət bildirib. Yolçu Xanvəli deyib ki, təsərrüfat sahibləri belə hallarla rastlaşarlarsa, onlar özləri baytarlıq xidməti orqanlarına xəbər verməlidir: “Hansı təsərrüfatda ev quşları arasında ölüm halları varsa, baytar çağırsınlar. Amma lazım olan dava-dərmanı təsərrüfat sahibləri özləri almalıdır. Çünki biz yalnız “Taun”a qarşı ildə bir dəfə peyvəndləmə aparırıq” .
Yolçu Xanvəli onu da deyib ki, ev quşlarını mövsümi xəstəliklərdən qorumaq üçün təsərrüfat sahibləri baytarların tövsiyəsi ilə peyvəndləmə aparmalı, toyuq-cücənin saxlandığı yerləri təmiz saxlamalıdırlar.
Elxan SALAHOV

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06