Sabah hava küləkli olacaq
14 dekabr 2010 10:06 (UTC +04:00)

Sabah hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.

Şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 7-9, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 16-19, dağlarda gecə 0-4, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar