Məktəb direktorlarına xəbərdarlıq
“Yeni il bayramı ilə bağlı şənliklərin keçirilməsinə görə şagirdlərdən pul yığılması qəti şəkildə qadağan olunub. Bu barədə Bakının bütün məktəblərinə xəbərdarlıq etmişik və bir bildiririk ki, belə hallara yol verən məktəblərin rəhbərliyi barəsində ciddi ölçü götürüləcək”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a açıqlamasında belə deyib. O qeyd edib ki, hələ 2008-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi məktəblərdə yemək-içmək məclislərinin təşkilinin qadağa olunması barədə xüsusi əmr imzalayıb. Həmin əmrə əsasən, ümumi orta təhsil müəssisələrində bayram tədbirləri, o cümlədən yeni il şənlikləri ilə bağlı ziyafətlərin təşkili, qadağandır.
Zəminə Əliqızı bildirib ki, hansısa təhsil müəssisəsi yeni il şənliyi keçirmək istəyirsə, bunu ədəbi-bədii bir tədbir kimi təşkil edə bilər: ”Biz şagirlərin və müəllimlərin məktəbdə şənlik keçirməsinə qadağa qoymuruq. İstəyirlər, məktəbdə ədəbi bədii səhnəciklər keçirsinlər, əyələnib dincəlsinlər, şeir desinlər. Amma buna görə şagirdlərdən pul yığmağa ehtiyac yoxdur”.
Zəminə Əliqızı valideynlərdən və media nümayəndələrindən xahiş edir ki, şagirdlərdən hər hansı ad altında pul yığılması tələbi ilə qarşılaşarlarsa, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən “qaynar xətt”ə (441-06-99) xəbər versinlər.
“Biz daxil olan hər bir müraciətə diqqətlə yanaşırıq. Kimsə bizə zəng vurub desə ki, filan məktəbdə şagirdlərdən yeni il şənliyi, yaxud da hansısa bir məsələ ilə əlaqədar pul yığırlar, biz dərhal bunu araşdıracağıq. Məlumat təsdiqini tapacağı təqdirdə isə həmin məktəbin direktoru dərhal işdən azad ediləcək” - deyə, Zəminə Əliqızı əlavə edib.
Elxan SALAHOV

Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03