FHN-nin yaradılmasının ildönümünə həsr olunmuş müsabiqənin nəticələri açıqlandı
APA-nın məlumatına görə, bu münasibətlə FHN Bakı Regional Mərkəzi tərəfindən tədbir keçirilib. Tədbir çərçivəsində, həmçinin müsabiqəyə təqdim olunmuş fotolardan ibarət ekspozisiya təşkil olunub.
Tədbirdə qeyd olunub ki, sosial reklam müsabiqəsinin keçirilməsində məqsəd əhalini fövqəladə hallarla bağlı qabaqcadan məlumatlandırmaq, həmçinin FHN əməkdaşlarının gərgin işini insanların diqqətinə çatdırmaqdır. Müsabiqəyə 9 nominasiya üzrə 200-dən artıq iş daxil olub. Müsabiqə müddətində Bakı Regional Mərkəzində qərargah yaradılıb və sənədlər orada qəbul edilib.
Daha sonra müsabiqə komissiyası tərəfindən qaliblərin adları elan edilib. Müsabiqə qalibləri pul mükafatı və diplomla təltif olunublar. APA-nın əməkdaşı Zöhrab Zeynalov «Sosial foto» nominasiyası üzrə ikinci yerə layiq görülüb. «Videoreklam» nominasiyasında isə Bakı İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət heyət təltif olunub.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev jurnalistlərə açıqlamasında növbəti illərdə də analoji tədbirlərin keçiriləcəyini qeyd edib: «Maraqlısı odur ki, müsabiqədə iştirak edənlərin əksəriyyətini gənclər təşkil edir. Biz buradakı fotolardan ibarət kataloqun nəşr edilməsini, həmçinin fotolardan və digər reklam işlərindən təbliğatda istifadə etməyi planlaşdırırıq».

1630