Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd olunur
Lent.az-ın məlumatına görə, tədbirə bu təhsil müəssisəsinin müəllim-professor heyəti, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, millət vəkilləri, digər ali təhsil müəssisələrinin rəhbərləri qatılıblar.
Azad Rəhimov çıxışında deyib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1930-cu ildə yaradılıb və Cənubi Qafqazda ilk dəfə bədən tərbiyəsi üzrə ali təhsilli kadrlar hazırlayan müəssisə olub. O, bu ali təhsil ocağının hazırda ölkəmizdə idmançı kadrların yetişdirilməsində böyük rolu olduğunu söyləyib, Akademiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı və əməkdar müəllim fəxri adı ilə təltif olunan idman xadimlərinə müvafiq mükafatlar verilib.
Təhsil naziri Misir Mərdanov ali təhsil müəssisələrinin yubileylərinin qeyd olunmasına hazırda dövlət səviyyəsində diqqət ayrıldığını bildirib: “Vaxt var idi ki, ali məktəblərin yubileyi olurdu, ancaq dövlət başçıları buna diqqət yetirmirdilər. Məsələn, Bakı Dövlət Universitetinin 70 illiyi qeyd olunanda mən bunun şahidi olmuşam. Amma Bakı Dövlət Universitetinin 75 illiyinin qeyd olunması barədə Heydər Əliyevin sərəncamı oldu, yubiley komissiyasının da sədri mən idim”.
Misir Mərdanov qeyd edib ki, indiyə qədər idmançılarımızın nüfuzlu yarışlarda ortaya qoyduqları nailiyyətlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyaya verilən bir qiymətdir. O, Təhsil Nazirliyinin kollegiyası adından ali təhsil ocağına təbrik məktubu ünvanlandığını nəzərə çatdırdı. Misir Mərdanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyanın rektoru Ağacan Abiyevin qazanılan nailiyyətlərdə xüsusi rolu olduğunu dilə gətirib.
Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, o cümlədən digər qonaqlar çıxış ediblər. Tədbir bədii hissə ilə davam etdirilir.
Elşən Məmmədov

1841