Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiqəyə sənəd qəbulu başa çatıb
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 718-i qadın, 2312-si isə kişidir. Müsabiqəyə çıxarılmış vakant vəzifələrdən 168-i inzibati vəzifələrin altıncı təsnifatına, 27-si inzibati vəzifələrin yeddinci təsnifatına, 23-ü inzibati vəzifələrin səkkizinci təsnifatına, 597-si isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
Qeydə alınan namizədlərdən 1689-u inzibati vəzifələrin altıncı, 311-i inzibati vəzifələrin yeddinci, 9-u inzibati vəzifələrin səkkizinci, 1011-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.
Statistik göstəricilərə görə ən çox namizəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (50 yerə qarşı 481 namizəd), İqtisadi İnkişaf Nazirliyi (28 yerə qarşı 412 namizəd) və Dövlət Sosial Müdafiə Fondu (210 yerə qarşı 408 namizəd) üzrə qeydə alınıb. Bu üç dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 43.08 %-ni təşkil edir.
Müsabiqə vəziyyətinə, yəni bir vakant yerə iddia edən namizədlərin sayına görə ilk yerləri Diaspor ilə İş üzrə Dövlət Komitəsi (1 yerə qarşı 44 namizəd), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi (1 yerə qarşı 24 namizəd) və Müəllif Hüquqları Agentliyi (1 yerə qarşı 18 namizəd) tutur.
Müsabiqədə üç vakant vəzifə ilə iştirak edən Cəlilabad Rayon Məhkəməsi, Neftçala Rayon Məhkəməsi, iki vakant vəzifə ilə iştirak edən Tərtər Hərbi Məhkəməsi, Ağdaş Rayon Məhkəməsi, Daşkəsən Rayon Məhkəməsi, Goranboy Rayon Məhkəməsi, Qəbələ Rayon Məhkəməsi və bir vakant vəzifə ilə iştirak edən Ağsu Rayon Məhkəməsi, Cəbrayıl Rayon Məhkəməsi, Kəlbəcər Rayon Məhkəməsi, Qax Rayon Məhkəməsi, Qobustan Rayon Məhkəməsi, Saatlı Rayon Məhkəməsi, Samux Rayon Məhkəməsi, Xocalı Rayon Məhkəməsi, Xocavənd Rayon Məhkəməsi, Yardımlı Rayon Məhkəməsi və Zərdab Rayon Məhkəməsi üzrə heç bir namizəd qeydə alınmayıb.
Müsabiqənin test imtahanı mərhələsi dekabrın 10-dan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (Koroğlu Rəhimov küçəsi, 874-cü məhəllə) və Bakı Avrasiya Universitetinin tədris korpusunda (Akademik Həsən Əliyev küçəsi, 135 a, 5-ci mərtəbə, test imtahanı zalı) keçiriləcək.

Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12