Misir Mərdanov magistraturaya qəbul olan oğlanların hərbi xidməti barədə danışdı
09 dekabr 2010 14:16 (UTC +04:00)

Misir Mərdanov magistraturaya qəbul olan oğlanların hərbi xidməti barədə danışdı

“Biz müzakirələr zamanı Milli Məclisə magistraturaya qəbul olan oğlanların hərbi xidmətə çağırılması probleminin olduğunu bildirmişik. Milli Məclisdə müzakirələr keçirilən zaman biz məsələ ilə bağlı öz sözümüzü deyəcəyik”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov magistraturaya qəbul olunmuş oğlanların təhsil müddətində həqiqi hərbi xidmətdən azad edilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, parlament bu məsələ müzakirəyə çıxarılanda müsbət qərar qəbul etsə, buna ancaq sevinərlər. M. Mərdanov qeyd edib ki, hazırda magistraturaya daxil olan oğlanların hərbi xidmətə çağırılması məsələsini Milli Məclis tərəfindən qəbul olunmuş qanun tənzimləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar