Azərbaycanda əhalinin korrupsiyaya müqaviməti artıb
9 dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günüdür. Bununla əlaqədar Korrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində Şamaxı şəhərində dəyirmi masa keçirib.
Fonddan Lent.az-a verilən məlumata görə, tədbir “Şəffaflığın Artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiya”nın maarifləndirilməsinə və icrasının müzakirəsinə, eləcə də “Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsi çərçivəsində sahibkarlara dəstək və hüquqi yardım göstərilməsinə həsr olunub. Ziyalıların, sahibkarların, yerli dövlət idarələri, hüquq-mühafizə orqanları və bələdiyyələrin nümayəndələrinin iştirak etdiyi dəyirmi masada Fondun Şamaxı şəhərində regional nümayəndəliyinin fəaliyyətinin təşkili qərara alınıb.
Korrupsiyaya qarşı Mübarizə Fondunun apardığı araşdırmaların nəticələrinə görə, əhalinin son illərdə korrupsiyaya müqaviməti artsa da, ölkədə korrupsiyanın səviyyəsi hiss olunacaq dərəcədə azalmayıb. Fondda deyirlər ki, bu, “Milli Strategiya”nın icrasının Fəaliyyət Planında nəzərdə tutulmuş tələblərdən geri qaldığını göstərir. Bu səbəbdən də korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti və dövlət orqanlarının birgə əməkdaşlığı vacib hesab edilir.
Elxan SALAHOV

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09