BDU-nun yataqxanaları gələn il boşaldılacaq
Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsinə gələn ildən başlanılacaq.
Lent.az-ın məlumatına görə, millət vəkili, BDU-nun rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, hazırda BDU-nun tələbə yataqxanasında yaşayanların 90 faizi məcburi köçkünlərdir. Halbuki, bu yataqxanalarda 7000-dən çox tələbəni yerləşdirmək mümkündür.
Abel Məhərrəmov bildirib ki, vaxtilə universitetin yataqxanalarını məcburi köçkünlər tutduğundan tələbələr kirayələrdə yaşamağa məcbur olub: “Yataqxanasız isə universitet təsəvvür etmək mümkün deyil. Dünyada yataqxanasız universitet yoxdur. Yataqxana həyatı universitetin bir atributudur. Ona görə də yataqxanalar boşaldılıb tələbələrin ixtiyarına verilməlidir”.
Rektor xatırladıb ki, ölkə başçısı məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün vacib sərəncam imzalayıb. Artıq məcburi köçkünlərə evlərin tikilməsi üçün vəsait ayrılıb, hazırda tikinti gedir. Onun sözlərinə görə, yeni binalara ilk növbədə BDU-nun yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək.
Bununla belə, rektor deyib ki, yataqxanalar boşaldıqdan sonra həmin binalarda tələbələr yaşamayacaq. Onun sözlərinə görə, mövcud yataqxana binaları söküləcək və onların yerində 9 mərtəbəli yataqxanalar tikiləcək: “Biz köhnəlmiş, kommunal şəraiti yaxşı vəziyyətdə olmayan yataqxanaları söküb, onların yerində yeni, daha müasir yataqxana kompleksi inşa etməyi düşünürük. Bu, universitetin Baş Planında da nəzərdə tutulub”.
Elxan SALAHOV

908