Fənn olimpiadasının ilk mərhələsi yekunlaşdı
Bakı şəhəri üzrə Təhsil İdarəsinin paytaxt məktəbliləri arasında keçirdiyi fənn olimpiadasının birinci mərhələsi başa çatıb.
İdarənin ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev Lent.az-a bildirib ki, bilik yarışında 310 məktəbdən 7400 şagird iştirak edib. Ümumilikdə 13 məntəqədə təşkil olunan yarışmanda 7-11-ci sinif şagirdləri 9 fənn (Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, fizika, kimya, biologiya, riyaziyyat, informatika, coğrafiya və xarici dil) bilik və bacarıqlarını sınayıb.
Firudin Həmzəyev deyib ki, birinci mərhələnin nəticələrinin yoxlanması yaxın günlərdə başa çatacaq. Bu mərhələnin qaliblər yanvarın 9-da keçiriləcək ikinci mərhələdə – olimpiadanın Respublika turunda iştirak edəcəklər.
Elxan SALAHOV

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46