Xatirə İslam, Vasif Məhərrəmli və rəqqasə Fatimə məhkəməyə verildi
APA-nın məlumatına görə, məhkəməyə verilənlər müğənnilər Xatirə İslam, Vasif Məhərrəmli və rəqqasə Fatimə Abdullayevadır. Xəbərə görə, onların məhkəməyə verilməsinə səbəb sözügedən quruma hər birinin 1500 manata yaxın (1431 manat) sosial sığorta borclarının olmasıdır. Hazırda Xatirə İslam və rəqqasə Fatimənin ilə bağlı şikayətə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində ayrı-ayrılıqda baxılır. Vasif Məhərrəmliyə qarşı olan iddia əsasında isə məhkəmə prosesi başa çatıb və məhkəmə müğənninin iddiada göstərilən borcu ödəməsi barədə qərar qəbul edib.
Məsələ ilə bağlı Xatirə İslam APA-ya açıqlamasında məhkəmədən xəbərsiz olduğunu deyib. O, hər rübün sonu əldə etdiyi gəlirin dövlət vergisini ödədiyini deyib. Hazırda xaricdə səfərdə olan sənətçi ölkəyə qayıdan kimi bu məsələ ilə maraqlanacağını vurğulayıb. O, borcla bağlı xəbərdarlıq almadığını da deyib: “Əgər bu borcu ödəmiliyəmsə, ödəyəcəyəm. Ancaq bununla bağlı xəbərdarlıq belə almamışam. Mən vaxtı-vaxtında dövlətə vergi ödəyirəm. Ancaq sosial sığorta haqqının nə olduğunu bilmirəm”.
Vasif Məhərrəmli isə APA-nın bu məsələ ilə bağlı sualına “Bu mənim şəxsi həyatımdır, qarışmasanız yaxşıdır” cavabı verməklə kifayətlənib.
Rəqqasə Fatimə isə APA-ya məhkəmə işindən xəbərdar olduğunu deyib. Lakin o bu proseslə maraqlanmadığını açıqlayıb: “Dövlət Muğam Teatrının işçisi kimi hər ay əmək haqqımdan pul çıxılır. Mən bugünkü gün işləyib qazanıram və tək başına uşağımı saxlayıram. Heç “aliment” almıram. Birdən-birə mənə gəlib dedilər ki, sənin bu qədər borcun var. Mən bu pulu niyə ödəməliyəm ki?.. Ona görə də heç arxasınca belə getmirəm. Bu işin dalınca düşməyəcəyəm”.

893