Polşa universitetlərində Azərbaycan dili tədris oluna bilər
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda ilə görüşüb.
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səməd Seyidov Azərbaycan-Polşa münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib.
Mikal Labenda Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən danışıb. O deyib ki, Polşa universitetlərində Azərbaycan dili kafedrasının açılması univesitetlərarası əlaqələrə təkan verəcək.
Görüşdən sonra səfir Mikal Labenda ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olub.

536