Dəmiryolçular ağacəkmə kampaniyasının payız mərhələsinə başladı - FOTO
Belə ki, dəmiryolçular payız əkini kampaniyasına start veriblər. “Azərbaycan Dəmir Yolları” QSC “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin rəisi Sabir Məhərrəmov Lent.az-a bildirib ki, dəmir yolunun xətt boyu yerləşən idarə, müəssisə və təşkilatlarının kollektivləri yaşıllaşdırma hərəkatına elliklə qoşulublar. Onun sözlərinə görə, Bakı, Biləcəri, Gəncə, Ağstafa, Salyan, Xaçmaz və digər qovşaqlarda payız əkini kampaniyasında yaşıllıqlar salınacaq ərazilərdə əvvəlcə iməciliklər keçirilib, ağacların əkilməsi üçün hazırlıq işləri görülüb.
Sabir Məhərrəmov deyib ki, artıq payız əkin mövsümü başlanıb. Onun sözlərinə görə, mövsüm ərzində 25 mindən çox ağac və gül kollarının əkilməsi planlaşdırılır. Dekabrın 11-də isə dəmir yolunun Şimal sahəsində keçiriləcək növbəti ağacəkmə kampaniyasında “Ekologiya ili” çərçivəində görülən işlərə və “Sağlam ətraf mühit, təmiz hava, təmiz su” müsabiqəsinə yekun vurulması nəzərdə tutulur.
Xatırladırıq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov “Sağlam ətraf mühit, təmiz hava, təmiz su” müsabiqəsinin keçirilməsi haqqında əmr imzalamışdı. Müsabiqənin nəticələrinə görə təsis edilmiş mükafatların təltif edilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirovun sədrliyi ilə komissiya yaradılmışdı.
Dəmiryolçular yaz əkini mövsümündə Bakı və Biləcəri sahəsində 10 min, Saatlı-İmişli sahəsində 3 min, Karrar-Kürdəmir sahəsində 3 min, Baş Sumqayıt-Güzdək sahəsində 5 min və digər yerlərdə 1000 ağac olmaqla dəmir yolunun təhkim zolağında 22 min ağac əkiblər.
Elxan SALAHOV

Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40