Gənclər üçün Təhsil Mərkəzi tələbələrlə daha bir görüş keçirdi - FOTO
30 noyabr 2010 14:24 (UTC +04:00)

Gənclər üçün Təhsil Mərkəzi tələbələrlə daha bir görüş keçirdi - FOTO

Əsas məqsədi Mərkəzin 10 illik fəaliyyəti barədə tələbələri məlumatlandırmaq və təklif etdiyi xidmətlərlə tanış etmək olan silsilə görüşlərin növbəti ilin iyun ayına qədər davam etməsi planlaşdırılır.

Görüşü Mərkəzin direktor müavini Elnur Axundov açaraq, Mərkəzin tələbələr üçün təşkil etdiyi imkanlar haqqında geniş söhbət edib.

Daha sonra Mərkəzin 10 il keçdiyi şərəfli yola həsr olunmuş kiçik film və beynəlxalq mübadilə proqramlarında iştirak imkanları haqqında təqdimatlar nümayiş olunub.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara zəruri informasiya materialları paylanıb.

Qeyd etmək lazımdır ki, Gənclər üçün Təhsil Mərkəzi artıq 5 ildir ki, tələbələrlə bağlı birbaşa proqram və layihələr həyata keçirir. Belə ki, Mərkəz Azərbaycanda ilk dəfə olaraq “Tələbə Qrant Proqramı” vasitəsi ilə tələbə qruplarının layihələrini maliyyələşdirmiş, ilk və pulsuz paylanan “Tələbə” qəzetini buraxmış, tələbə radiosunun yaradılmasına kömək etmiş və tələbələrin beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmışdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar