Məzunların cəmi 19 faizi tələbə ola bilir
30 noyabr 2010 14:12 (UTC +04:00)

Məzunların cəmi 19 faizi tələbə ola bilir

İnkişafı etmiş ölkələrlə müqayisədə Azərbaycanda orta məktəb məzunlarının ali məktəblərə daxil olma səviyyəsi 2-2,5 dəfə aşağıdır.

Lent.az-ın məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev “Azərbaycanda təhsil sisteminin mövcud durumu: problemlər və beynəlxalq təcrübə” mövzusunda apardığı hesabatın nəticələrinə dair keçirilən təqdimat mərasimində belə deyib. O qeyd edib ki, 2007-ci ildə Azərbaycanda məzunların ali məktəblərə daxil olma səviyyəsi 19 faiz, Gürcüstanda 20, Çexiyada 50, Latviyada isə 60 faiz olub.

Rövşən Ağayev bildirib ki, Azərbaycanın bəzi rayonlarında məzunların ali məktəblərə daxil olma göstəriciləri daha pis vəziyyətdədir. Belə ki, bir çox rayonlarda orta məktəbləri bitirən hər 100 məzundan ən yaxşı halda 4-5 nəfər ali məktəblərə daxil olur. Onun sözlərinə görə, bu, ölkə üzrə orta göstəricilərdən 5-6, Bakı şəhəri üzrə orta göstəricilərdən 8-9, liseylərdəkindən isə 14-15 dəfə aşağıdır.

Ekspert apardığı tədqiqata əsaslanaraq deyib ki, bütün orta məktəb məzunlarının cəmi 39 faizi Bakı şəhəri və Abşeron yarımadası daxil olmaqla ölkənin 8 şəhərinin payına düşür. Ancaq ali məktəblərə daxil olan bütün məzunların 66 faizi məhz bu ərazilərin hesabına təmin olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar