Zaqatalada armud ağacları çiçək açıb - FOTO
29 noyabr 2010 16:25 (UTC +04:00)

Zaqatalada armud ağacları çiçək açıb - FOTO

Lent.az-ın yerli bürosunun məlumatına görə, Zaqatala rayonunun Yuxarı Tala kəndində iki armud ağacı çiçək açıb. Sözü gedən əraziyə nəzarət edən gözətçi Rza Quliyevin Lent.az-a verdiyi məlumata əsasən, hər iki armud ağacı təqribən 15 il əvvəl əkilib. R.Quliyev armud ağaclarının noyabr ayının sonunda çiçəkləməsini birinci dəfə gördüyünü vurğulayıb.



O bildirib ki, bu ilin yayında rayonda havaların quraq keçməsi ilə əlaqədar sözü gedən armud ağaclarının quruyaraq məhv olmaması üçün meyvələri avqust ayının əvvəllərində çırpılaraq yerə tökülüb.


Zaqatala rayon İcra Hakimiyyəti aparatının aqrar məsələlər üzrə şöbəsindən Lent.az-a bildirilib ki, ağacların payız fəslinin sonunda ikinci dəfə çiçəkləməsinə bu il havaların qeyri-sabit keçməsi səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar