Hava küləkli olacaq
29 noyabr 2010 13:30 (UTC +04:00)

Hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, arabir güclənən cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimal olunur.


Havanın temperaturu gecə 9-12, gündüz 16-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, noyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskin olacağı, cənub-qərb küləyinin dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-12, gündüz 19-24, dağlarda gecə 6-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar