Vergi orqanları işçilərinin aylıq vəzifə maaşları müəyyənləşdi
26 noyabr 2010 17:48 (UTC +04:00)

Vergi orqanları işçilərinin aylıq vəzifə maaşları müəyyənləşdi

Nazirlər Kabineti vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarının Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə uyğun olaraq müəyyənləşdirilməsi barədə qərar verib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vergi orqanları işçilərinin aylıq vəzifə maaşları bu qərarın 1-3 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilməlidir.
Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 219 nömrəli qərarına 1 nömrəli əlavə
Vergilər Nazirliyinin aparatının işçilərinin aylıq vəzifə maaşları

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Aparatın rəhbəri

800

Aparatın rəhbərinin müavini

710

Baş idarənin, təminedici idarənin və şöbənin rəisi

660

Baş idarənin, təminedici idarənin və şöbənin rəisinin 1-ci müavini

560

Baş idarənin, təminedici idarənin və şöbənin rəisinin müavini

545

Baş idarənin, təminedici idarənin tərkibində olan idarə, şöbə rəisi, yardımçı idarənin və şöbənin rəisi

542

Baş idarənin, təminedici idarənin tərkibində olan idarə və şöbənin, yardımçı idarə və şöbənin rəisinin müavini

516

Nazirin köməkçisi

516

Baş mühasib, bölmə rəisi

495

Baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, yardımçı idarənin tərkibində olan şöbənin rəisi, nazirin müşaviri, mətbuat katibi, dəftərxana və arxiv şöbəsinin rəis müavini

430

Böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçı

420

Aparıcı mütəxəssis, aparıcı iqtisadçı

410

Dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı, hüquqşünas, mühasib

400



Vergilər Nazirliyi yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşları

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Orqanın rəhbəri

390

Orqanın rəhbərinin birinci müavini

295

Orqanın rəhbərinin müavini

280

İdarənin, şöbənin rəisi

225

İdarənin, şöbənin rəis müavini

213

Bölmə rəisi, baş mühasib, idarənin tərkibində olan şöbə rəisi

208

Baş dövlət vergi müfəttişi, baş iqtisadçı, baş mütəxəssis, baş təhqiqatçı, baş hüquqşünas, baş əməliyyat müvəkkili, baş kriminalist, xüsusi mühüm işlər üzrə böyük müstəntiq, idarənin tərkibində olan şöbə rəisinin müavini

203

Böyük dövlət vergi müfəttişi, böyük müstəntiq, böyük hüquqşünas, aparıcı mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, böyük kriminalist, xüsusi mühüm işlər üzrə müstəntiq

198

Dövlət vergi müfəttişi, təhqiqatçı, hüquqşünas, müstəntiq, əməliyyat müvəkkili, müvəkkil, mütəxəssis, müstəntiq-metodist, kriminalist

182



Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 219 nömrəli qərarına 2 nömrəli əlavə
Vergilər Nazirliyinin yerli vergi orqanları işçilərinin aylıq vəzifə maaşları

Vəzifələrin adı

Bakı şəhəri üzrə

Gəncə, Sumqayıt şəhərləri üzrə

Ərazi vergi idarələri və filialları üzrə

Şəhər, rayon şöbələri üzrə

Vergi orqanının rəhbəri

385

345

312

300

Vergi orqanının rəhbərinin birinci müavini

280

260

240

230

Vergi orqanının rəhbərinin müavini

265

245

225

220

Vergi orqanının tərkibində idarə rəisi, şöbə rəisi

217

215

213

210

Vergi orqanının tərkibində idarə, şöbə rəisinin müavini

206

204

202

200

Vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəisi, bölmə rəisi, baş mühasib

194

192

189

188

Baş mütəxəssis, baş dövlət vergi müfəttişi, baş təhqiqatçı, baş hüquqşünas, baş idarənin, vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəisinin müavini

189

187

185

184

Böyük dövlət vergi müfəttişi, aparıcı mütəxəssis, böyük mütəxəssis, böyük mühasib, böyük təhqiqatçı, böyük hüquqşünas

184

182

181

180

Dövlət vergi müfəttişi, mütəxəssis, təhqiqatçı, hüquqşünas, mühasib

179

178

177

176



Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 219 nömrəli qərarına 3 nömrəli əlavə
Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları

Vəzifələrin adı

Aylıq vəzifə maaşı
(manatla)

Arxiv müdiri, sürücü

143

İnspektor (müfəttiş), təsərrüfat və anbar müdiri,
surətçıxarma-çoxaltma operatoru, katibə-teleqrafçı,
dispetçer, komendant, texnik, rabitəçi

139

Kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı,
katib (katibə)

135

Kuryer

132

Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyəti

110



Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, Vergilər Nazirliyi üçün xidməti minik avtomobillərinin limiti 15 ədəd müəyyən edilsin. Bu qərarın əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə maaşlar Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Maliyyə Nazirliyinə tapşırılır ki, vergi orqanları işçilərinin vəzifə maaşlarının artırılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı müvafiq qərar qəbul etsin.
Nazirlər Kabinetinin qərarına görə, “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2003-cü il 26 fevral tarixli 31 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 146; 2004-cü il, № 9, maddə 748; 2005-ci il, № 7, maddə 666; 2006-cı il, № 9, maddə 827; 2007-ci il, № 2, maddə 200, № 4, maddə 388; 2008-ci il, № 2, maddə 121, № 10, maddə 933) qüvvədən düşmüş hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3346

Oxşar yazılar