Vətəndaş cəmiyyətinin inkişafında kadrların rolu müzakirə olunub - FOTO
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi və bacarıqlı kadrların hazırlanmasına yardım" layihəsi çərçivəsində Şirvan şəhərində "Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsində kadrların rolu bu sektorun dayanıqlı inkişaf yollarından biridir" mövzusunda tədbir keçirilib. Dialoq formatında keçirilmiş tədbirdə Şirvanda şəhərində fəaliyyət göstərən 20-dən çox QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov layihənin mövzusu və məqsədi haqda ətraflı məlumat verib. R.Becanov öz çıxışında Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsindən danışıb və bildirib ki, QHT-lərin fəaliyyətinin artırılmasında, ictimaiyyətlə QHT-lər arasında etimadın güclənməsində bacarıqlı kadrların rolu çox böyükdür.
Layihənin eksperti, Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev mövzu haqqında geniş məruzə edib.
Bundan sonra tədbir qarşılıqlı fikir mübadiləsi, dialoq şəraitində keçib. Tədbirdə iştirak edən və Şirvanda fəaliyyət göstərən “Aran” İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əlibəy Zeynalov, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin yerli təşkilatının rəhbəri Mehdi Səlimov, "Neftçilərə Hüquqi Yardım Mərkəzi" İctimai birliyinin üzvü Əli Bəşirli, Xudaşirin Xudiyev və digərləri dialoqda aktiv iştirak edərək mövzu ətrafında fikirlərini bildiriblər.
Çıxışçılar eyni zamanda mövcud problemlərlə yanaşı son illər ölkəmizdə QHT sektorunda inkişafa doğru əhəmiyyətli dəyişiklik baş verdiyi bildirilib.

769