Müəssisələrdə dövlət paylarını necə idarə etməli?
25 noyabr 2010 12:14 (UTC +04:00)

Müəssisələrdə dövlət paylarını necə idarə etməli?

Əmlak Məsələləri Dövlət Komitəsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə “Müəssisələrdə dövlət paylarının idarə edilməsi - Almaniya təcrübəsi” mövzusunda seminar keçirilib.


Seminarda komitənin mərkəzi aparatının və yerli qurumlarının əməkdaşları iştirak ediblər. Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a bildiriblər ki, seminarda GTC-nin layihə rəhbəri cənab Vulf Şmider və ekspert, Almaniyanın Daşınmaz Əmlak üzrə Federal Agentliyin əməkdaşı xanım Suzan Şuman çıxış ediblər. Hər iki ekspert Avropa ölkələrində və xüsusən də Almaniyada müəssisələrdə dövlətə məxsus səhmlərin və payların idarə olunması, federal dövlətin iştirakı ilə yaradılmış müəssisələrin təşkilatı-hüquqi formaları, dövlət korporativ idarəetmə təcrübələri, tənzimləmə mexanizmindən danışıblar. Çıxışçılar, həmçinin Almaniyada dövlət müəssisələrinin və paylarının idarə olunmasının hüquqi çərçivələrini şərh ediblər.


Tədbirdə müvafiq təcrübənin Azərbaycanda tətbiq edilməsi imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Seminarın sonunda iştirakçılara sertifikatlar verilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar