İkinci “Qırmızı Kitab”ımız olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının “Qırmızı Kitab"ının ikinci nəşri və bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə nazirliyin və elmi təşkilatların nümayəndələrinin iştirakı ilə yaradılmış Redaksiya Heyətinin və İşçi Qrupunun birgə iclası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Redaksiya Heyətinə üzv olan respublikanın görkəmli alimləri Qara Mustafayev, Zəkəriyyə Məmmədov, Validə Əlizadə və Elşad Qurbanov iştirak ediblər.
Tədbirdə “Qırmızı Kitab”ın nəşri ilə bağlı görülmüş işlər barədə müzakirələr aparılıb, yaranmış problemlər təhlil edilərək kitabın ən qısa müddətdə hazırlanması üçün zəruri istiqamətlər müəyyən edilib, eləcə də Azərbaycan və ingilis dillərində nəşr edilməsi təklif olunub. Kitabda növlərin nəsli kəsilmə təhlükəsi səviyyəsinə görə müxtəlif fəsillərə ayrılması qərarlaşdırılıb. Eyni zamanda növlərin statusunu dəqiq qiymətləndirmək məqsədilə Beynəlxalq Təbiəti Mühafizə İttifaqına (IUCN) müraciət edilərək qurumun nümayəndəsinin Redaksiya Heyətinin tərkibinə cəlb edilməsi ilə əlaqədar təklif də irəli sürülüb.
“Qırmızı Kitab”ın birinci nəşrində olan ceyran, sultan toyuğu, turac kimi növlərin hazırda nəsli kəsilmə təhlükəsindən uzaq olmasına baxmayaraq, bu növlər ətrafında da müzakirələr aparılaraq onların ikinci nəşrə əlavə edilməsi və insanların şüurunda psixoloji sədd məqsədilə kitabda saxlanılması təklif olunub. Gələcəkdə “Qırmızı Kitab”ın növbəti nəşrləri zamanı aparılacaq işlərin daha asan təşkil edilməsi və səmərəliliyinə xidmət etmək məqsədilə nazirlikdə kitabın nəşrində istifadə olunmuş materiallardan ibarət muzeyin yaradılması qərara alınıb.
“Qırmızı Kitab”ın ikinci nəşrinin hazırlanmasında Azərbaycan Milli Elmlər Akademiyasının, digər elmi təşkilatların, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən əlavə, bu işə töhfə verə biləcək elmi əsərlərin, fotoşəkillərin müəllifi olan alimlərin, qeyri-hökumət təşkilatı nümayəndələrinin və digər aidiyyəti mütəxəssislərin rəylərinin də nəzərə alınması təklif edilib. “Qırmızı Kitab”ın ikinci nəşrinin hazırlanmasına töhfə verə biləcək elmi əsərlərin, fotoşəkillərin müəllifi olan alimlər, qeyri-hökumət təşkilatı nümayəndələri və digər aidiyyəti mütəxəssislər nazirliyin saytının (eco.gov.az) elanlar bölməsindən məlumat əldə edə bilərlər.

1347