MDB-nin iqtisadi inkişaf strategiyası Qəbələdə müzakirə olunacaq
23 noyabr 2010 16:49 (UTC +04:00)

MDB-nin iqtisadi inkişaf strategiyası Qəbələdə müzakirə olunacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclas Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.


İclasda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Ukrayna Respublikasının Texniki tənzimləmə və istehlakçı hüquqlarının qorunması üzrə Dövlət Komitəsinin sədri Aleksandr Matveyçuk, Belarusiya Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Valeriy Koreşkov, Qazaxıstan Respublikasının Texniki tənzimləmə və Metrologiya üzrə Komitənin sədri Qabit Muxambetov, Rusiya Federasiyasının Texniki tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin direktor müavini Aleksandr Zajiqalkin, Qırğızıstan Respublikasının iqtisadi inkişaf nazirinin müavini, Tacikistan Respublikasının standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və texniki tənzimləmə üzrə mərkəzin direktoru Dadodcan Qaibov, Özbəkistan Respublikasının “Uzstandart” Agentliyinin baş direktorunun müavini Rüstəm Xusanov, Dövlətlərarası Şuranın icraçı katibi Nikolay Soneç iştirak edəcəklər.


İclasda 30-a yaxın məsələyə baxılacaq. Bunların sırasında MDB-yə üzv dövlətlərdə son bir ildə texniki tənzimləmə, metrologiya, uyğunluğun təsdiqi və akkreditasiya sahələrində aparılan işlər barədə fikir mübadiləsi, standartlaşdırma üzrə Büronun işinin və Dövlətlərarası Şuranın qərarlarının icrası ilə bağlı nəticələri, 2020-ci ilədək MDB-nin iqtisadi inkişaf strategiyası çərçivəsində Dövlətlərarası Şuranın iştirakı ilə bağlı tədbirlər planının I mərhələsinin yerinə yetirilməsinə dair hesabat və digər məsələlər var.


İclas 25 noyabr saat 09.00-da Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə nümayəndə heyəti tərəfindən əklil qoyulduqdan sonra, “Kavkaz Riverside” otelinin konfrans zalında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar