Çörəyin əvvəlki qiyməti qaytarıldı
22 noyabr 2010 12:36 (UTC +04:00)

Çörəyin əvvəlki qiyməti qaytarıldı

Bir neçə günlük bahalaşmadan sonra Bakıda çörəyin qiyməti yenidən aşağı salınıb. Belə ki, dünən günün ikinci yarısında paytaxtın əksər çörək satışı məntəqələrində qiymətlər 40 qəpikdən 30 qəpiyə endirilib.

Lent.az-ın məlumatına görə, ucuzlaşma İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin xəbərdarlığından sonra mümkün olub. Xidmətin əməkdaşları çörəkbişirmə sexlərində və satış məntəqələrində keçirdikləri reydlər zamanı çörəyin qiymətinin qaldırılması üçün heç bir əsas olmadığını sahibkarların diqqətinə çatdırıblar.

Bununla belə, çörək istehsalçıları çəkini də aşağı salmalı olublar. Əməkdaşımızın Bakının çörək mağazalarında apardığı müşahidələrə görə, hazırda 30 qəpiyə satılan çörəyin çəkisi bir neçə gün əvvəlkindən daha aşağıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə qaldırılmışdı. Hazırda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörək bazarında monitorinqləri davam etdirir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar