Region gənclərinin inkişafı naminə tərəfdaşlıq
19 noyabr 2010 16:12 (UTC +04:00)

Region gənclərinin inkişafı naminə tərəfdaşlıq

“Region gənclərinin inkişafı naminə tərəfdaşlıq” adlanan proqramın əsas məqsədi ölkəmizin regionlarındakı gənclərin inkişafına dəstək vermək, onlarda yeni-yeni təşəbbüslərlə çıxış etməsinə şərait yaratmaq və ümumilikdə region gənclərinin inkişafı üçün dövlət və qeyri-dövlət qurumları arasında tərəfdaşlıq şəbəkəsi yaratmaqdır.

İlkin olaraq 3 il müddət üçün icra edilməsi planlaşdırılan proqramın əsas hədəfləri kimi gənclər mərkəzlərinin yaradılması, gənclər üçün pulsuz xidmətlərin təşkili, asudə vaxt imkanlarının artırılması, sağlamlığın qorunması, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və bu sahədə biliklərə yiyələnməsi, regionlararası şəbəkələşmənin təmin olunması və s. nəzərdə tutulub.

Mərkəz rəhbərliyinin Lent.az-a verdiyi məlumata görə, proqram çərçivəsində əsasən region gənclərində yeni təşəbbüslərin formalaşmasına dəstək verilərək, onların iştirakı ilə yerlərdə müxtəlif kiçik layihələr həyata keçiriləcək. Bununla hər bir regionda mərhələli şəkildə aktiv gənclər qrupu formalaşdırılacaq.

Proqramın bir hissəsi olaraq, Avropa ölkələrinin birində region gəncləri ilə işləmək sahəsində nümunəvi təcrübə də öyrəniləcək.

Qeyd edək ki, proqram daxilində müvafiq dövlət qurumları, biznes və media qurumları, yerli və beynəlxalq QHT-lərlə əməkdaşlıq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197

Oxşar yazılar