Anomal istilər gözlənilir
18 noyabr 2010 13:06 (UTC +04:00)

Anomal istilər gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, dünən Abşeron yarımadasında havanın temperaturu 20 dərəcəyə yaxın olub.

Yaxın 2-3 gün ərzində isə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Noyabrın 19-dan 21-dək ölkə ərazisində nisbətən sabit hava şəraiti müşahidə ediləcək. Həmin müddətdə Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 16-18 dərəcə isti gözlənilir. Gün ərzində hava yağmursuz keçəcək, əsasən səhər və axşam duman, bəzi yerlərdə çiskin olacaq.

U. Tağıyeva bildirib ki, hazırda ölkə ərazisində temperatur çoxillik iqlim normasından 4-5 dərəcəyədək yüksəkdir. Dağlıq rayonlarda bu fərq daha böyükdür.

U. Tağıyevanın sözlərinə görə, respublikanın dağlıq rayonlarında da anomal hava şəraiti müşahidə edilir. Cənub küləyinin üstünlüyü ilə əlaqədar dağlıq rayonlarda havanın temperaturu 16-22 dərəcəyə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar