Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vakant vəzifələr üçün müsabiqə elan etdi
18 noyabr 2010 11:30 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vakant vəzifələr üçün müsabiqə elan etdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTesT) 2 saylı Ərazi Şöbəsində (Gəncə şəhəri) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsahibə aşağıdakı vakant yerlərin tutulması üçün keçirilir:

1) Radiotexniki, elektrotexniki və akustik ÖV-nin kalibrlənməsi laboratoriyası
(1 yer-mütəxəssis)

2) Fiziki-kimyəvi, defektoskopiya, qaz qarışıqları və qazanalizedici ÖV-nin kalibrlənməsi laboratoriyası (1 yer-mütəxəssis)

3) Təzyiq, sərf, temperatur və həcm ÖV-nin kalibrlənməsi laboratoriyası (1 yer-mütəxəssis)

4) Kütlə, mexaniki və həndəsi ÖV-nin kalibrlənməsi laboratoriyası (1 yer-mütəxəssis)

5) Yeyinti, kənd təsərrüfatı və yüngül sənaye məhsullarının sınaq laboratoriyası (2 yer-mütəxəssis)

Müsahibədə ən azı 3 il iş stajı olan aşağıdakı ixtisaslar üzrə mütəxəssislər iştirak edə bilərlər.

- Elektrik və radio-texnika
- Energetika
- Avtomatlaşdırma
- Elektronika
- Radio-elektronika
- Kimya
- Fizika
- Neft-kimya
- Mikrobioloq


Müsahibədə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək istəyən vətəndaşlar ərizə, şəxsiyyəti təsdiq edən sənədin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, hərbi biletini, ali və sonrakı təhsil haqqında sənədin, əmək kitabçasının və sığorta kartının sürətlərini, 3x4 sm ölçüdə 4 ədəd rəngli foto-şəkil təqdim etməlidirlər. Sənədlər əsli ilə birlikdə təqdim olunmalıdır.

Sənədlər noyabrın 18-dən dekabrın 10-a kimi saat 10:00-dan 17:00-dək ( I-V günlər ) Gəncə şəhəri, Heydər Əliyev 98, AZ 2000 ünvanında (AzTEST-in 2 saylı Ərazi şöbəsində) qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1465

Oxşar yazılar