Vüsalə Mahirqızı: “Bu konfrans həm də yeni media ilə bağlı olduğu üçün əhəmiyyətlidir”
11 noyabr 2010 17:32 (UTC +04:00)

Vüsalə Mahirqızı: “Bu konfrans həm də yeni media ilə bağlı olduğu üçün əhəmiyyətlidir”

Bu tədbirdə iştirak etməklə bizim həm də qonşu ölkələrdə medianın vəziyyəti, inkişaf tendensiyasını müşahidə və müqayisə eləmək imkanımız olur. Bu baxımdan bu tip tədbirlərin əhəmiyyəti var”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tiflisdə Cənubi Qafqazda kütləvi informasiya vasitələrinin vəziyyətinə həsr olunmuş 7-ci konfransda iştirak edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, APA-nın baş direktoru Vüsalə Mahirqızı deyib.

V. Mahirqızı bildirib ki, konfrans həm də əsas müzakirə mövzularından biri “yeni media və onun inkişaf texnologiyaları” ilə bağlı olduğu üçün əhəmiyyətlidir: “Bu gün yeni medianın sürətli inkişafı, xalq jurnalistikasının yaranması və yayılması, sosial şəbəkələrin özünü ifadə vasitəsi kimi mövcud olması, faktiki olaraq əsas kommunikasiya vasitələrindən birinə çevrilməsi, eyni zamanda bloqgerlərin və bloqgerliyin mediaya nə qədər aid olması ilə bağlı qızğın diskussiyalar aparılır. Bu konfrans da həmin məsələlərin bir daha dartışıldığı toplantılardan biridir”.

Son illər Azərbaycanda internet medianın sürətlə inkişaf etdiyini, oxucu və istifadəçi sayının artdığını deyən V. Mahirqızı toplantı çərçivəsindəki mühazirələr nəticəsində qonşu ölkələrdə eyni sahənin inkişafı ilə də tanış olub, müqayisə etmək imkanının olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün Gürcüstanın paytaxtı Tiflisdə Cənubi Qafqazda kütləvi informasiya vasitələrinin vəziyyətinə həsr olunmuş 7-ci konfrans başlayıb. İki gün davam edəcək toplantıda bölgədə KİV-in inkişaf tendensiyaları və problemləri, Cənubi Qafqazda internet şəbəkəsinin inkişafı və informasiyaya çıxış imkanları müzakirə olunacaq. Konfransın sonunda iştirakçıların tövsiyələrdən ibarət deklarasiya qəbul edəcəkləri gözlənilir.

Konfransda Gürcüstan, Azərbaycan və Ermənistan jurnalistləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hökumət təmsilçiləri və media üzrə beynəlxalq ekspertlər iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar