“Sənədli Fotolar” layihəsinin direktoru Azərbaycanda bir qrup gənclə görüşdü
10 noyabr 2010 15:08 (UTC +04:00)

“Sənədli Fotolar” layihəsinin direktoru Azərbaycanda bir qrup gənclə görüşdü

Mərkəzin fəaliyyəti ilə tanış olmaq və “Sənədli Fotolar” layihəsinin Mərkəzdə təqdim edilməsi məqsədi daşıyan səfər çərçivəsində müxtəlif aspektlərdən əməkdaşlıq məsələləri müzakirə edilib.

Yukiko Yamagata vətəndaş cəmiyyətinin inkişafı prosesində gənclər təşkilatlarının rolunu yüksək dəyərləndirərək, fotolar vasitəsilə cəmiyyətimizdəki müxtəlif problemlərin üzə çıxarılmasının əhəmiyyətini vurğulamış və bu sahədə əməkdaşlıq imkanlarından danışıb.

O, Azərbaycanla bərabər 10 ölkədə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun qrant müsabiqəsi elan etdiyini və burada sənədli fotolar vasitəsilə sosial problemlərin həllinə və insan hüquqlarının təmin olunmasına dəstəyin nəzərdə tutulduğunu bildirib.

Mərkəzin direktor müavini Elnur Axundov görüşün sonunda qonağa “Sənədli Fotolar” layihəsinin gənclər arasında təbliğ olunmasına və birgə əməkdaşlığa söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar