Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri saat 8:00-dan 19:00-dək bu rejimdə işləyəcək.
Mətbuat Şurası saat 11:00, 14:00, 17:00 və 20:00-da “qaynar xətt”in fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandıracaq. “Qaynar xətt”in yaradılmasından məqsəd jurnalistlərin seçkidə peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə kömək göstərməkdən, bununla bağlı mümkün maneələrin operativ surətdə aradan qaldırılmasını təmin etməkdən ibarətdir. “Qaynar xətt”ə daxil olan faktların araşdırılması üçün müvafiq qurumlarla əlaqələr yaradılacaq. Zəruri hallarda Mətbuat Şurasının əməkdaşlarından ibarət qrup konkret hadisə yerinə göndəriləcək.
Bununla yanaşı, seçki günü Mətbuat Şurasının monitorinq qrupu da xüsusi rejimdə işləyəcək. Qrupun nümayəndələri və Mətbuat Şurası İdarə Heyətinin üzvləri paytaxtdakı və bölgələrdəki seçki dairələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrini, prosesi işıqlandırmalarını yaxından izləyəcək, onlar üçün yaradılan şəraitlə tanış olacaqlar.
Qeyd edək ki, Mətbuat Şurası “qaynar xətt”in, habelə qurumun monitorinq qrupunun məlumatları əsasında jurnalistlərin seçkidə iştirakına dair hesabat hazırlayacaq.

Oxşar yazılar

Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı
16 iyul 2025 , 18:42
Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı
16 iyul 2025 , 16:03Həftə sonu 41 dərəcə isti olacaq
16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası olacaq - PROQNOZ
16 iyul 2025 , 14:21