Binalar noyabrın 15-dən qızdırılacaq
04 noyabr 2010 16:45 (UTC +04:00)

Binalar noyabrın 15-dən qızdırılacaq

Bu barədə “APA-ECONOMICS”ə ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu il “Azəristiliktəchizat” investisiya proqramına uyğun olaraq 216 yaşayış binası, 23 məktəb, 16 uşaq bağçası və 20 səhiyyə obyektləri üzrə istilik təchizatının bərpa olunması üzrə işlər aparıb, həmçinin yeni qazanxanalar tikilib, təmir olunub və modernləşdirilib. Hazırda magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilir və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunur.

Görülən hazırlıq işləri “Azəristiliktəchizat” ASC-nin 346 qazanxanası və 125 istilik məntəqəsinin fasiləsiz işləməsinə şərait yaradacaq. Müqayisə üçün qeyd edək ki, “Azəristiliktəchizat” yarananda 2 dəfə az, yəni 166 qazanxana fəaliyyət göstərib.

Bu işlər nəticəsində payız-qış mövsümündə “Azəristiliktəchizat” tərəfindən Bakı şəhərində 187 məktəb, 150 uşaq bağçası, 83 səhiyyə obyekti və 218 digər sosial obyektin istiliklə təmin olunması nəzərdə tutulur. Bakıda istiliklə təmin olunan yaşayış binalarının sayı isə 2303-ə çatacaq. Bununla da mərkəzi istilik sisteminə qoşulan binaların 72%-i istiliklə təmin olunacaq.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC yarananda istiliklə təmin olunan binaların sayı 988, 2006-ci ildə 1750, 2007-ci ildə 1933, 2008-ci ildə 2035, 2009-da isə 2153 olub.

Bundan başqa, Bakı şəhərində müxtəlif dövlət orqanlarının (Müdafiə Nazirliyi, Dövlət Neft Şirkətinin və s.) nəzdində olan və kooperativ binaların bir hissəsi mərkəzi istilik sisteminə qoşulmayıb. Paytaxtda 578 bina istiliyi kənar mənbələrdən alır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar