ABU-nun tələbələri nazirliyi məhkəməyə verir
Bu ilin sentyabrından fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (ABU) tələbələrinin digər ali məktəblərə köçürülməsi prosesi hələ də başa çatmayıb.
Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyindən Lent.az-a bildiriblər ki, ABU-ya qanuni qəbul olunmuş və dövlət imtahanlarından rüşvət vermədiklərinə görə keçə bilmədiklərini iddia edən məzunlar üçün imtahanların yenidən təşkil olunması prosesi gecikdirilir. Təhsil Nazirliyi buna səbəb kimi ABU rəhbərliyinin həmin məzunların sənədlərini nazirliyə təqdim etmədiklərini göstərsə də, ABU-da bunun tam əksini deyirlər.
Bundan başqa, ABU-nu bitirmiş, yalnız dövlət imtahanından keçə bilməmiş məzunların yenidən bir il oxuyacaqları da bildirilir ki, bu da onların narazılığına səbəb olub. Artıq məzunlar təhsil hüquqlarının pozulması ilə bağlı Təhsil Nazirliyini məhkəməyə verməyə hazırlaşır.

1082