Bakıya yağışlar gəlir
Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 19-22 , axşam 14-16 dərəcə isti olacaq.
Oktyabrın 30-da hava buludlu olacaq, gündüz arabir açılacaq. Havanın gecə və səhər zəif dumanlı, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-şərq, şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 13-15, günün birinci yarısında 17-19, günün ikinci yarısında 15 dərəcəyədək isti olacaq.
Oktyabrın 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.
Noyabrın 1-də hava buludlu olacaq, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-20, dağlarda gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.
Oktyabrın 31-də və noyabrın 1-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, oktyabrın 31-də ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 11-15, dağlarda gecə 2-4, gündüz 5-7, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək isti olacaq.

631