Dəmiryolu həmkarlar Macarıstana toplaşır
Noyabrın 2-də Budapeştdə Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası ilə Macarıstan Dəmiryolçularının Həmkarlar İttifaqlarının seminarı keçiriləcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, iki gün davam edəcək seminar “Dəmir yollarında aparılan islahatların Həmkarlar İttifaqlarının sosial siyasətinə, fəaliyyətinə, dəmiryolçuların mənafelərinin müdafiə imkanlarına təsiri” mövzusuna həsr olunacaq.
Seminarda MHİRK-nin təşkilat şöbəsinin müdiri Samir Böyükzadə və lokomotiv təsərrüfatı işçiləri BHİK-nin sədri Niyaz İsmayılov təmsil edəcəklər.
Elxan SALAHOV
Seminarda MHİRK-nin təşkilat şöbəsinin müdiri Samir Böyükzadə və lokomotiv təsərrüfatı işçiləri BHİK-nin sədri Niyaz İsmayılov təmsil edəcəklər.
Elxan SALAHOV
696