Hava soyuyacaq, yağışlar yağacaq
27 oktyabr 2010 12:15 (UTC +04:00)

Hava soyuyacaq, yağışlar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gündüz 17-19 , axşam 14-16 dərəcə isti olacaq.

Oktyabrın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 11-13, gündüz 18-21 dərəcə isti olacaq.

Oktyabrın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam havanın tutqun olacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 20-23 dərəcə isti olacaq.

Oktyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Gündüz havanın arabir açılacağı, axşam isə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 28-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-24, dağlarda gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq.

Oktyabrın 29-30-da hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Oktyabrın 29-da axşam qərb rayonlarından başlayaraq, 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16,
gündüz 22-25, 30-da 18-20, dağlarda gecə 4-8, gündüz 14-17, 30-da 10-13 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066

Oxşar yazılar