Dövlət müəssisələri üçün vacib xəbər
26 oktyabr 2010 17:40 (UTC +04:00)

Dövlət müəssisələri üçün vacib xəbər

Nazirlər Kabineti dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında qərar verib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunur ki, 2010-cu ildən başlayaraq, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə, o cümlədən müvafiq xidmətlərin göstərilməsi ilə bağlı balanslarında olan obyektlər üzrə infrastrukturun yenidən qurulmasına və inkişafına yönəldilməsi nəzərdə tutulan vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada həmin müəssisələrin nizamnamə kapitalına daxil edilsin.

Eyni zamanda 2007-2009-cu illər ərzində dövlət müəssisələrinə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılmış əsaslı vəsait qoyuluşları (investisiyalar) həmin dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hesab edilsin.

Aidiyyəti dövlət müəssisələrinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından əsaslı vəsait qoyuluşları (investisiyalar) ayrılmış dövlət müəssisələrinin nizamnamələrində müvafiq düzəlişlər edilməsini təmin etsinlər, zəruri hallarda müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Bu qərarın icrası barədə Nazirlər Kabinetinə məlumat verilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986

Oxşar yazılar